İki uşaq anasının ölümünə səbəb olan həkimə hökm oxundu FOTO
Digərləri 03 Haz 2025 13:24:00 171 0
Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.
Bu haberi de oku: Doğuş zamanı ölən qadının 4cü hamiləliyi imiş Təfərrüat
Son.az Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.
Kaynak: milli.az