Sənədsiz körpələr Vətəndaşlar niyə rəsmi nikahdan qaçır?


Digərləri 08 Tem 2025 22:00:00 86 0

Sənədsiz körpələr Vətəndaşlar niyə rəsmi nikahdan qaçır?

Son illər gənclər arasında rəsmi nikah olmadan birlikdə yaşamaq halları artıb. Bu isə həm hüquqi, həm sosial baxımdan suallara səbəbdir.

Bu haberi de oku: Sabah hava yağışlı olacaq

Belə münasibətlərdən doğulan sənədsiz uşaqlar sonradan hansı problemlərlə üzləşirlər?

Son.az xəbər verir ki, məsələ ilə sosioloq Üzeyir Şəfiyev bildirir ki, gənclər bir-birilərini tanıdıqlarını düşünürək nikah müqaviləsinə yox, dini kəbinlə evlənirlər. Halbuki hazırki dövrdə nikah müqaviləsi zəruridir. Bu, olmadan ailə münasibətləri qəbuledilməzdir. Bu bizim cəmiyyətə uyğun hal deyil, belə hallar daha çox Avropada yayılıb. 

Məsələ ilə bağlı Ailə Qadın Uşaq problemləri komitəsindən bildirildi ki, bu tendesiyanı ailə məsuliyyətini üzərinə götürmək istəməyən gənclər yaradır:

"İnsanlar daha çox məsuliyyət götürməkdən boyun qaçırırlar. Qeyri-rəsmi nikahlar isə müəyyən fəsadlara gətirib çıxarda bilər. Bundan isə daha çox əziyyət çəkən xanımlar və körpələrdir".