Qiymət arta bilər Qazın ödənişində yeni qayda


Digərləri 08 Tem 2025 23:55:00 67 0

Qiymət arta bilər  Qazın ödənişində yeni qayda

Milli Məclisin "Qaz Təchizatı Haqqında" yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Layihəyə əsasən, qaz istehlakından asılı olmayaraq, hər bir istehlakçıya müəyyən edilən aylıq ödəniş "sabit tarif" olaraq qəbul ediləcək. Bildirilir ki, bu, qaz istehlakından asılı olmayan sabit xərclərin qarşılanması məqsədini güdür. Lakin qeyd edilən istiqamətdə bəzi məqamlar hələ də aydın deyil.

Əsas məqsəd nədir? Bu tətbiq tarif xərclərinin artmasına səbəb ola bilərmi?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sabit tarif xidmətə çıxış üçün nəzərdə tutulan ödəniş və yaxud haqq deməkdir:

"Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak imkanına sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desək, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir. Əsas məqsəd isə infrastruktur xərcləri ilə istehsal xərclərini biri-birindən ayırmaqdır".

İqtisadçı bildirib ki, xarici praktikada da belə tariflər mövcuddur: