Ağcaqanadlardan bezənlərin NƏZƏRİNƏ: bu, saniyədə 30nu öldürür


Digərləri 09 Tem 2025 04:04:00 74 0

Ağcaqanadlardan bezənlərin NƏZƏRİNƏ: bu, saniyədə 30nu öldürür

"Indiegogo" platformasında uçuş zamanı ağcaqanadları izləyə və məhv etməyə qadir olan "Photon Matrix" lazer sistemi üçün vəsaitlərin toplanması kampaniyasına start verilib.

Son.az  bu barədə "4PDA" saytına istinadla xəbər verir.

Cihaz bezdirici həşəratları aşkar etmək üçün "LiDAR" moduluna əsaslanır. "Photon Matrix" onların yerini, istiqamətini və ölçüsünü cəmi üç millisaniyə ərzində təsbit edir, bundan sonra ikinci lazer işə salınaraq, ağcaqanadlar dərhal məhv edir.

Əsas model üç metr radiusda işləyir, Pro versiyasında isə məhvetmə zonası altı metrə qədər artırılıb.