Həkimlər 10 ildir tapa bilmirdi "ChatGPT" nadir xəstəliyin diaqnozunu qoydu


Digərləri 09 Tem 2025 00:24:00 80 0

Həkimlər 10 ildir tapa bilmirdi  "ChatGPT" nadir xəstəliyin diaqnozunu qoydu

"ChatGPT"nin 10 ildən artıq davam edən izaholunmaz sağlamlıq probleminin əsas səbəbini müəyyən etdiyi ortaya çıxıb. Bir çox həkim, mütəxəssis və nevroloq tərəfindən dəqiq diaqnoz qoyula bilməyən simptomlar süni intellektin sayəsində izah olunub.

Son.az xəbər verir ki,sosial şəbəklərdə yayılan bir paylaşımda istifadəçi bildirib ki, illərlə MRT, KT, geniş qan analizləri, "Lyme" xəstəliyi testləri daxil olmaqla bir çox tibbi müayinələrdən keçib. ABŞ-ın aparıcı səhiyyə şəbəkələrində bir neçə həkim və mütəxəssislə məsləhətləşsə də, konkret bir nəticə əldə edilməyib.

"Hər dəfə ya 'normal' cavab alırdım, ya da simptomlarım psixoloji səbəblərlə əlaqələndirilirdi. Əslində isə heç kim əsas problemi tapmırdı," - deyə istifadəçi qeyd edir.

Nəhayət, istifadəçi öz bütün tibbi tarixçəsini və laboratoriya nəticələrini "ChatGPT"yə təqdim edir. Süni intellekt nəticələri təhlil edərək MTHFR genində A1298C homozigot mutasiyası ehtimalını irəli sürür - bu genetik mutasiya əhalinin 7-12%-ni təsir edə bilər və B12 vitamini istifadəsində pozuntuya səbəb olur.

"B12 səviyyəm normal idi, amma "ChatGPT" mutasiyanın səbəb olduğu funksional çatışmazlığa diqqət çəkdi. Bu detal illərlə heç bir həkimin ağlına gəlməmişdi" .