Kredit faizləri bahalaşıb Səbəb nədir?
Digərləri 08 Tem 2025 07:35:00 83 0
Azərbaycanda manatla verilən kreditlər bahalaşıb.
Bu haberi de oku: Peskov RusiyaAzərbaycan münasibətlərindən danışdı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yeni verilən kreditlər üzrə ortaillik faiz dərəcəsi 18.90% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.79 faiz artım deməkdir.
İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, milli valyutada faiz dərəcələrinin artması bir neçə amillə izah oluna bilər.
Ekspert deyir ki, faizlərin yüksəlməsi adi vətəndaşların və sahibkarların kredit götürmək imkanlarına da təsirsiz ötüşmür. Faiz dərəcələrinin düşməsi üçün də bu məsələlərə diqqət yetirilməlidir.
Onun fikrincə, yaxın aylarda kredit faizlərinin enməsi gözlənilmir.