Bakının bu ərazisi işıqsız qalacaq
Digərləri 08 Tem 2025 10:43:00 71 0
Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerjisi verilişində fasilə yaranacaq.
Bu haberi de oku: İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT
Bu barədə Son.az "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada həyata keçirilən təmir və təftiş işləri ilə əlaqədar iyulun 8-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Bülbülə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Kaynak: milli.az