Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı
Digərləri 08 Tem 2025 13:58:00 73 0
Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir həkimlə bağlı paylaşımıyla gündəmə gəlib.
Bu haberi de oku: Nasaz maşın qəzaya səbəb oldu
Son.az xəbər verir ki, videoda Azərbaycanda həkimin əməliyyat zamanı TikTok-da canlı yayım açmağı əks olunub.
Görüntüdə həkimin xəstənin ayağını amputasiya etdiyi yazılıb.
Canlı yayım zamanı danışan xanım isə "Diz oynağının endoprotezi" deyə, bildirib. Videolardan birində isə əməliyyatı Aqşin Məmmədov adlı həkimin etdiyi, canlı yayımın həmin profildən açıldığı öz əksini tapıb.
Travmatoloq-ortoped Aqşin Məmmədov sosial şəbəkədə çalışdığı yer kimi "Medera hospital"ı qeyd edib.
Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə həkimlərin əməliyyat zamanı canlı yayım açması və ya video çəkməsi müzakirələrə səbəb olmuş, həmin tibb işçiləri cəzalandırılmışdı. //Axşam.az