Nasaz maşın qəzaya səbəb oldu
Digərləri 07 Tem 2025 18:28:00 75 0
Texniki nasaz avtomobilin yolun orta zolağında qalması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bu haberi de oku: Albalı və gilas BAHALAŞIB Qiymətlər
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Aeroport şosesində avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Yalnız qəza dayanma işıqlarını yandıran sürücü digər təhlükəsizlik tədbirləri görmədiyindən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb.
Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı iş nəticəsində evakuator cəlb olunaraq qəzada iştirak edən avtomobillərin yoldan kənarlaşdırılması işləri görülüb. Nəticədə uzun müddətli nəqliyyat sıxlığının yaranmasının qarşısı alınıb.