Üzməyi bilməyən gənc Kürdə boğuldu


Digərləri 07 Tem 2025 19:00:00 101 0

Üzməyi bilməyən gənc Kürdə boğuldu

Sabirabad rayonunun Ulacalı kəndində 19 yaşlı gənc Kür çayında boğulub.

Son.az xəbər verir ki, hadisə iyulun 4-də baş verib.

Mərhumun babası bildirib ki, gənc çimmək üçün Kür çayına getmək istəsə də, atası icazə verməyib və "özüm səni aparacağam" demişdi. Lakin gənc üzməyi bilmirdi və hadisə baş verib. O, 2-ci kurs tələbəsi imiş.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Kür çayının Sabirabad rayonu Ulacalı kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Axtarışlar nəticəsində meyit iyulun 5-i səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Asya Son.az