43 min insan təyyarədə qaldı 20 saatlıq


Digərləri 08 Tem 2025 14:13:00 76 0

43 min insan təyyarədə qaldı  20 saatlıq

Rusiyanın hava məkanında artan təhlükəsizlik tədbirləri və pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı risklər fonunda Rusiya-Türkiyə arasında uçuş böhranı yaşanır.

Son.az xəbər verir ki, Türk Hava Yolları (THY) başda olmaqla bir sıra xarici hava yollarının uçuşları dayandırılıb, yüzlərlə reys təxirə salınıb, minlərlə sərnişin hava limanlarında çarəsiz gözləyib.

Böhran ilk olaraq Sankt-Peterburq hava limanında baş verib. Rus səlahiyyətliləri THY-yə məxsus təyyarənin bəzi texniki hissələrinin sökülərək yoxlanılmasını tələb ediblər. Bu, beynəlxalq aviasiya qaydalarına zidd olduğu üçün THY ekipajı bu tələbi rədd edib və sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq təyyarəni İstanbula geri qaytarmaq qərarına gəlib.

Aviasiya dairələri bu addımı təhlükəsizlik protokollarına uyğun və düzgün qiymətləndirib.

Yalnız THY deyil, digər xarici aviaşirkətlər də oxşar çətinliklərlə üzləşiblər. Rusiyaya enən bir sıra təyyarələrin sərnişinləri təyyarədən düşməyə icazə verilmədən saatlarla gözlədilib. Bəzi hallarda baqajlarda və kabinə avadanlıqlarında bomba hazırlığı üçün istifadə oluna biləcək hissələrin olub-olmadığı yoxlanılıb.