Kartof bahalaşacaq?
Digərləri 08 Tem 2025 18:46:00 85 0
Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Hər il olduğu kimi bu il də rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür, fermerlər bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər.
Bu haberi de oku: Beş nəfərin sonunu gətirən 8 Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb
Tovuzda artıq kartof yığımına start verilib. Rayonda bu il keçən illə müqayisədə 1000 ha az kartof əkilib.
Son.az xəbər verir ki, fermerlərin sözlərinə görə, məhsulun toxumlarını xaricdən baha qiymətə aldıqları üçün məhsulun hazırkı satış qiyməti onları qane eləmir. Sahədən kartofun kiloqramının satış qiyməti 40-45 qəpik olduğu halda, bazarlarda 2, 3 dəfə baha qiymətə satılır.
Fermerlərin sözlərinə görə, adətən 40 ton məhsul götürürdüksə, bu il 25 ton məhsul götürə bilmişik. Bunun da səbəbi toxum qıtlığı və bahalığı ilə bağlıdır.