Evdə necə dondurma hazırlamaq olar?


Digərləri 08 Tem 2025 19:22:00 82 0

Evdə necə dondurma hazırlamaq olar?

Yay aylarında sərinlədici dondurmaya tələbat artır. Artıq bu ləzzətli deserti ev şəraitində də sadə üsulla hazırlamaq mümkündür.

Son.az bildirir ki, evdə dondurma hazırlamaq üçün əsas inqrediyentlər qaymaq, qatılaşdırılmış süd və vanildir. Bunun üçün 400 ml qaymaq çalınaraq krem hala gətirilir. Ardınca 300 ml qatılaşdırılmış süd əlavə olunaraq qarışdırılır. İstəyə görə vanil tozu və ya təbii vanil ekstraktı əlavə edilə bilər.

Hazırlanan qarışım qapaqlı qaba tökülərək dondurucuya yerləşdirilir. Dondurma tam bərkiməzdən əvvəl - təxminən 1 saat sonra - qarışdırılıb yenidən soyuducuya qoyulur. Bu proses 2-3 dəfə təkrarlanarsa, dondurmanın daha yumşaq və kremli olması təmin olunur.

İstəyə uyğun olaraq qarışıma kakao, doğranmış meyvə, şokolad qırıntıları və ya qoz-fındıq da əlavə etmək olar.


Habere ait fotoğraflar