Daha bir nəfər quyuya düşdü
Digərləri 08 Tem 2025 13:32:00 99 0
Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Bu haberi de oku: 20 yaşlı gənc faciəvi şəkildə öldü FOTO
Son.az xəbər verir ki, iyulun 6-sı saat 22 radələrində 1956-cı il təvəllüdlü Rza Əhəd oğlu Nəcəfov yaşadığı Fatmayı qəsəbəsindəki evin yaxınlığında boş quyuya düşüb.
Müxtəlif dərəcəli xəsarətlər alan 69 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Kaynak: milli.az