20 yaşlı gənc faciəvi şəkildə öldü FOTO
Digərləri 08 Tem 2025 10:55:00 66 0
Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Rusiyada kafeyə qumbara atılıb, ölən və yaralılar var
Son.az xəbər verir ki, qəza gecə saatlarında Lənkəran-Lerik magistralında, rayonun Darquba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 2005-ci il təvəllüdlü Ülvi Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında dayanan yük avtomobilinə çırpılıb.
Qəzada ağır xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasion tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.