110 nəfər suya görə xəstəxanalıq oldu
Digərləri 08 Tem 2025 13:15:00 82 0
Dağıstanda sudan kütləvi zəhərlənmə baş verib.
Bu haberi de oku: Azərbaycanda bu valyuta BAHALAŞDI
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Dağıstanın Maqaramkent rayonunda baş verib, əksəriyyəti uşaq olmaqla 110 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, Dağıstanın beş yaşayış məntəqəsinin - Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib.
İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır.
Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb.
Kaynak: milli.az