AğdamXankəndi dəmir yolu ilə bağlı ŞAD XƏBƏR


Digərləri 08 Tem 2025 16:47:00 67 0

AğdamXankəndi dəmir yolu ilə bağlı ŞAD XƏBƏR

Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, uzunluğu 28 kilometr olan bu dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb.

Məlumatda, həmçinin Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşa olunacağı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcəyi və beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşasının nəzərdə tutulduğu bildirilib.

Qurum layihə ilə bağlı videomaterial da yayımlayıb.