Avtomobillər niyə yayda daha çox yolda qalır?
Digərləri 08 Tem 2025 19:34:00 75 0
Yay mövsümündə avtomobillərin yolda qalma halları artır. Mütəxəssislər bu vəziyyəti əsasən havaların isinməsi ilə əlaqələndirirlər.
Bu haberi de oku: Bu tarixdən temperatur yüksələcək
Son.az bildirir ki, isti hava mühərriklərin daha çox qızmasına səbəb olur. Soyutma sistemi nasaz olan avtomobillərdə bu, ciddi nasazlıqlara gətirib çıxara bilər. Eyni zamanda, radiator suyunun azalması və ya keyfiyyətsiz antifrizdən istifadə də mühərrikin qızma riskini artırır.
Yayda akkumulyatorların ömrü də qısala bilər. İstilik səbəbindən batareyanın içindəki maye buxarlana bilər ki, bu da onun enerji tutumunu azaldır.
Təkərlərlə bağlı problemlər də bu fəsildə daha çox müşahidə olunur. Asfaltın temperaturunun artması təkərlərin təzyiqinə təsir edir, bu da təkər partlaması və ya balans pozğunluğuna səbəb ola bilər.