Litri 20 manatdır Xərçəngi məhv edir
Digərləri 08 Tem 2025 19:58:00 86 0
ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar.
Bu haberi de oku: AğdamXankəndi dəmir yolu ilə bağlı ŞAD XƏBƏR
Son.az xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkildə olan bir maddə - oleokantal - xərçəng hüceyrələrini cəmi yarım saata məhv edə bilir.
Tədqiqat zamanı alimlər bu maddənin yalnız xəstə hüceyrələri hədəf aldığını və sağlam hüceyrələrə zərər vermədiyini müşahidə ediblər. Oleokantal hüceyrənin içində tullantıların toplanmasına cavabdeh olan lizozomları sıradan çıxararaq hüceyrənin daha tez ölməsinə səbəb olur. Normalda bu proses bir neçə saat çəkir, lakin oleokantal təsiri ilə cəmi 30 dəqiqəyə baş verir.
Mütəxəssislər bu kəşfin gələcəkdə xərçəngə qarşı alternativ müalicə üsullarının inkişafında önəmli rol oynaya biləcəyini deyirlər. Onların fikrincə, hər gün bir qaşıq təmiz zeytun yağı qəbul etmək, həm immun sistemini möhkəmləndirə, həm də xərçəng riskini azalda bilər.