Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkarlayıb ABŞ şirkəti məlumatlandırılıb
Digərləri 08 Tem 2025 11:49:00 88 0
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən "GFI KerioConnect" qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq - CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 - aşkar edilib.
Bu haberi de oku: Bu BÜRCLƏR təcili yay tətilinə çıxmalıdır işigücü ATIN
Milli.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənərək ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınıb.
Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-nin Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılıb. Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60.000-dən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.
https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975 https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2976 https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2977
İlqar Şabanov Son.az