Peskov RusiyaAzərbaycan münasibətlərindən danışdı


Digərləri 07 Tem 2025 14:50:00 68 0

Peskov RusiyaAzərbaycan münasibətlərindən danışdı

"Məntiq yalnız bir şeyi deyir..."

Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq olaraq qalmalıdırlar.

Son.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, yaranan bütün problemlər konstruktiv şəkildə həll edilməlidir.

"Biz əvvəlki kimi tərəfdarıq və hesab edirik ki, məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlərdir və belə də qalmalıdır", - D.Peskov bildirib.

O həmçinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Baş Prokuroru İqor Krasnovun Azərbaycanın Baş prokuroru ilə əlaqələrini də xatırladıb. /Report.az