Doqquzuncu siniflərin DİQQƏTİNƏ


Digərləri 07 Tem 2025 15:18:00 75 0

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən şagirdlər learn.algoritmika.az platformasına kompüter vasitəsilə daxil olaraq "Qəbul imtahanı" bölməsinə keçid edərək "İmtahana başla" düyməsini klikləməli və 90 dəqiqə ərzində imtahanı tamamlamadırlar.

Qeyd edək ki, imtahan may ayında təşkil olunmuş birinci mərhələdə uğur qazanmayan və ya bu dəfə yeni qeydiyyatdan keçmiş şagirdlər üçün nəzərdə tutulub.