“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib


Digərləri 07 Tem 2025 17:15:00 90 0

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib

"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində bu dəfə ekokönüllülər tərəfindən müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib. Toplama prosesində könüllülər Bakı şəhəri 19 nömrəli tam orta məktəb, "Araz" supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər və 8-ci mikrorayon-2 filialları, "Bravo" supermarketlər şəbəkəsinin Gənclik Mall filialı, eləcə də AccessBank-ın baş ofisi və digər  məkanlarda fəal şəkildə iştirak ediblər.

Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır.

Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.