Şad xəbər: Şuşaya daha tez çatacaqsınız
Digərləri 07 Tem 2025 15:20:00 76 0
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilib.
Bu haberi de oku: Dağıstan rəhbərindən AzərbaycanRusiya münasibətlərinə
Son.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov verib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə yeni yol infrastrukturu müasir standartlara uyğun və yüksək keyfiyyətlə inşa olunur. Bu layihələrdən biri də iyulun 3-də istifadəyə verilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur.
Yeni yol həm "Zəfər yolu"na alternativdir, həm də daha qısadır. Belə ki, əvvəlki 101 kilometrlik məsafə yeni marşrutla 81,7 kilometrə enib və bu da məsafəni 19,3 kilometr azaldır.
Birinci texniki dərəcəyə uyğun salınan avtomobil yolunun ilk 48 kilometri 6 hərəkət zolağından, qalan 33,7 kilometri isə 4 zolaqdan ibarətdir. Yol boyunca 1 yol qovşağı, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər vacib infrastrukturlar inşa olunub. Körpülərin ümumi uzunluğu 1557 metr təşkil edir.
Kaynak: milli.az