Partlayış səsləri olacaq


Digərləri 07 Tem 2025 10:38:00 78 0

Partlayış səsləri olacaq

Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".