Ədliyyə naziri bələdiyyələrlə bağlı QƏRAR İMZALADI
Digərləri 07 Tem 2025 13:35:00 91 0
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat" təsdiqlənib.
Bu haberi de oku: Gündə bir qaşıq qəbul edin Xərçəngdən qoruyur
Son.az xəbər verir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu Təlimat Bələdiyyələrlə iş baş idarəsinin (bundan sonra - Baş idarə) və regional ədliyyə idarələrinin (bundan sonra - İdarə) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı (bundan sonra - inzibati nəzarət) vəzifələrinin icrası qaydalarını müəyyən edir.
İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
İnzibati nəzarət, həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edildiyi hallarda da həyata keçirilir.
İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.
İnzibati nəzarət həyata keçirilərkən Baş idarə və İdarə tərəfindən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.