Gündə bir qaşıq qəbul edin Xərçəngdən qoruyur


Digərləri 06 Tem 2025 20:00:00 90 0

Gündə bir qaşıq qəbul edin  Xərçəngdən qoruyur

ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii maddə xərçəng hüceyrələrini cəmi 30 dəqiqə ərzində məhv edə bilər.

Son.az xəbər verir ki, zeytun yağı ilə bağlı araşdırma Rutgers Universiteti və Hunter College-də aparılıb.

Məlum olub ki, zeytun yağında olan oleokantal adlı maddə xərçəng hüceyrələrinin içindəki tullantı toplayan lizozomları parçalayaraq hüceyrənin ölümünə səbəb olur. Maraqlısı isə odur ki, bu təsir yalnız xəstə hüceyrələrə olur, sağlam hüceyrələrə zərər vermir.

Normalda hüceyrələr bir neçə saat ərzində təbii yolla ölür, amma oleokantal bu prosesi daha tez və fərqli yolla həyata keçirir. Tədqiqatçılar zeytun yağının bu xüsusiyyətinə görə, xərçənglə mübarizədə qoruyucu rol oynaya biləcəyini düşünür.