Rusiya Ukrayna ilə münaqişənin həlli üçün bunları təklif edir
Digərləri 03 Haz 2025 14:00:00 85 0
Rusiya Ukrayna ilə münaqişənin həllinə dair təkliflərində bölgədə seçkilərin keçirilməsi və sülh müqaviləsinin imzalanmasını irəli sürüb.
Bu haberi de oku: Əhaliyə XƏBƏRDARLIQ 10:00dan etibarən...
Son.az xəbər verir ki, memorandumda Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibində beynəlxalq hüquqi tanınması, həmçinin Ukrayna silahlı qüvvələrinin bu ərazilərdən tam çıxarılması tələb olunur.
Təklifə görə, 6 min rus hərbçisinin meyitinin Ukraynaya verilməsindən sonra atəşkəs memorandumunun imzalanması və yekun sülh müqaviləsinin tarixinin müəyyənləşdirilməsi planlaşdırılır. Sonra 30 günlük atəşkəs, seçkilərin keçirilməsi və dövlət orqanlarının formalaşdırılması nəzərdə tutulur.
Sülh müqaviləsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi və ratifikasiyası vacib şərtdir.
Asya Son.az