Smart tipli dayanacaq niyə işləmir?
Digərləri 31 May 2025 11:28:00 82 0
"Elmlər Akademiyası" stansiyası qarşısında yerləşən monitorlu və kondisionerli smart dayanacaqda texniki nasazlıq yaranıb.
Bu haberi de oku: Bu sualda səhvlik olub Abituriyentlərin xeyrinə hesablanacaq
Son.az xəbər verir ki, sensor sistemində baş vermiş problem səbəbindən dayanacağın qapısı açılmır.
Xüsusilə isti hava şəraitində bu hal yaşlı insanlar və səhhətində problemlər olan sakinlər üçün əlavə çətinliklər yaradır. Sakinlər mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər:
"Birdən-birə istilər düşüb. Bu vəziyyət əhali üçün çox böyük narahatlıq yaradır. Yorğun halda gəlmişəm, istəyirdim ki, oturub avtobus gələnə qədər dincəlim. Amma qapı açılmadığı üçün içəri daxil ola bilmirəm".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, smart dayanacaqda baş verən texniki nasazlıq barədə məlumatlıdırlar və problemin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülür.
Asya Son.az