Bu gün saat 15:00da imtahanın düzgün cavabları təqdim olunacaq
Digərləri 01 Haz 2025 14:56:00 103 0
Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Bu haberi de oku: Bakıda mühüm beynəlxalq elmi konfrans keçiriləcək
Mərkəzdən Son.az-a verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını "Youtube"da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.
Kaynak: milli.az