Türkiyədə ardarda iki zəlzələ oldu
Digərləri 01 Haz 2025 14:41:00 82 0
Türkiyənin Bingöl vilayətində ardıcıl olaraq iki zəlzələ qeydə alınıb.
Bu haberi de oku: Məktəb formaları ilə bağlı YENİLİK
Son.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlama yayıb.
Bildirilib ki, birinci zəlzələ Kiqı rayonuna 1,57 km məsafədə, 4,4 maqnitudada qeydə alınıb. Yeraltı təkanların ocağı 7,02 km dərinlikdə yerləşib.
İkinci zəlzələnin maqnitudası 3,6 təşkil edib və episentri birbaşa Kiqı rayonu ərazisində olub. Bu təkanların dərinliyi isə 11,13 km olaraq ölçülüb.
İlkin məlumatlara əsasən, zəlzələlər nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Kənan Son.az