Leysan yağacaq, dolu düşəcək XƏBƏRDARLIQ
Digərləri 01 Haz 2025 18:20:00 82 0
İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu haberi de oku: Bu küçədə kababxana səkini zəbt edib VİDEO
Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Kaynak: milli.az