Bu küçədə kababxana səkini zəbt edib VİDEO
Digərləri 02 Haz 2025 13:40:00 100 0
Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür.
Bu haberi de oku: Gəncədə qohumlar arasında dava Saxlanılan var YENİLƏNİB
Son.az xəbər verir ki, sakinlər bildiriblər ki, bir neçə ildir Mayakovski küçəsi 4 ünvanının qarşısında səkini kababxana zəbt edib.
Bildirilib ki, dəfələrlə həmin ərazidə aidiyyəti dövlət qurumları tərəfindən oturacaqlar yığışdırılsa da, sahibkar səkinin üzərinə stol-stul qoyur, gecə burada spirtli içki verilməsi insanların istirahətini pozur, səs-küy yaranır və əraziyə toplaşmış şəxslər yerli sakinlərin nrahatlığına səbəb olurlar.
Ərazidə kabab satan şəxs bildirib ki, onun fəaliyyəti ilə bağlı heç kim xəbərdarlıq etməyib və ucuz qiymətə küçədə kabab bişirərək satır. Onun iş şəraiti, ətlərin saxlanma yeri və digərlazım olan avadanlıqlarının olmaması isə diqqət çəkib.