Qurbanlıq heyvanı onlayn qaydada almaq mümkündür
Digərləri 04 Haz 2025 00:28:00 111 0
"Artıq bazara gedib vaxt itirməyə ehtiyac yoxdur. Qurbanlıq heyvanı onlayn sifariş ilə də ala bilərsiz".
Bu haberi de oku: Ağcaqanadlar ən çox bu qan qrupundan olan insanları "yeyir"
Son.az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə bu cür elanlar yayılıb.
Belə elanlara isə münasibət birmənalı deyil. Hər kəsi maraqlandıran suallardan biri də budur ki, heyvanların bu yolla alınıb kəsilməsi dini baxımdan düzgündürmü?
Onlayn heyvan satışı ilə məşğul olan Siyavuş Fətəliyev deyir ki, heyvanlar satış məntəqələrinə bayrama 2 gün qalmış gətiriləcək. İstəyən gəlib ala bilər. O ki qaldı onlayn sifarişə, bu artıq 3 gündür ki, başlayıb. Tələbat isə heç də az deyil.
Siyavuş Fətəliyev deyir ki, müştəri istəyərsə, heyvan kəsilərək də göndərilə bilər. Ancaq bu zaman problemlər də ortaya çıxır. Çünki onlayn sifariş edən şəxsə heyvan çatdırılsa da, ödənişi etməkdən yayınanlar da olur.
İlahiyyatçı Ağa Hacıbəyli isə deyir ki, zəng və ya internet üzərindən qurbanlıq heyvan sifariş etmək günah sayılmır, əsas alan və satan şəxsin niyyəti təmiz, aydın olmalıdır.
Videomaterialı təqdim edirik. Son.az