Tramp Baydendən niyə əl çəkmir?
Digərləri 05 Haz 2025 18:46:00 88 0
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin səhhəti və qərarvermə qabiliyyəti ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.
Bu haberi de oku: Həmin qəzada şəhid qardaşı da həyatını itirib
Son.az xəbər verir ki, Ağ Evin yaydığı memoranduma görə, araşdırma Baydenin idrak qabiliyyətinin zəiflədiyi iddialarına və sənədlərin imzalanmasında onun köməkçilərinin rolu ilə bağlı məqamlara aiddir.
Sənəddə qeyd olunur ki, Baydenin bir çox icraedici qərarları onun əlyazısı ilə deyil, tez-tez "avtopen" adlanan avtomatik imza cihazı ilə təsdiqlənib. Bu hal xüsusilə prezidentliyinin ikinci yarısında, koqnitiv funksiyalarının zəiflədiyi dövrdə daha çox müşahidə olunub.
Kaynak: milli.az