Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı


Digərləri 05 Haz 2025 17:12:00 99 0

Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı

İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.

Son.az xəbər verir ki, komitənin mətbuat xidmətinin məlumatına görə, linqvistik araşdırmalar zamanı onun ifadələrində milli/etnik əlamətlərə görə müəyyən edilmiş bir qrup şəxsə qarşı zorakılıq hərəkətləri etməyə təhrik əlamətləri, habelə onların alçaldılması aşkarlanıb.

Cinayət işi internet vasitəsilə ekstremizmə açıq çağırışlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi) və nifrətə çağırış (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi) maddələri ilə açılıb.

"Yaxın vaxtlarda onun barəsində həbs qətimkan tədbiri seçiləcək", - İstintaq Komitəsidnən əlavə ediblər.

Şepixin özü bildirib ki, onu şəhərdən çıxarıblar və "qulaqları tapança qundağı ilə sındırılıb", amma "ona ağır işgəncə verməyiblər, daha çox dindiriblər", xüsusən də Ukrayna ilə əlaqəsinin olub-olmadığı soruşulub.