Bakıdan Qazaxa qatarla gedə biləcəyik
Digərləri 05 Haz 2025 17:00:00 83 0
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.
Bu haberi de oku: Bu heyvan kənd təsərrüfatını məhv edir
ADY-dən Son.az-a verilən məlumata görə, bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.
Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.
Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax-Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.
Biletləri dəmiryol kassalarından, "ADY Mobile" tətbiqindən və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az) əldə etmək mümkündür.