Qarpızı illərdir səhv yeyirmişik Pendirlə yox...


Digərləri 04 Haz 2025 03:03:00 96 0

Qarpızı illərdir səhv yeyirmişik  Pendirlə yox...

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpızın təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa olan faydaları ilə də diqqət çəkir. Son elmi araşdırmalara əsasən, qarpız düzgün şəkildə istehlak edildikdə əzələ spazmlarını aradan qaldırmaqla yanaşı, enerji səviyyəsini artırır və immuniteti gücləndirir.

Son.az xəbər verir ki, ənənəvi olaraq pendirlə birlikdə yeyilən qarpızın bu cür istifadəsinin onun faydalarını azaltdığı bildirilir. Mütəxəssislər qeyd edir ki, əsl fayda qarpızın qabığına yaxın olan ağ təbəqəsində gizlənir. Bu hissə "sitrulin" adlı amin turşusu ilə zəngindir və əzələləri rahatlaşdıraraq qan dövranını yaxşılaşdırır.

Bundan əlavə, qarpızın soyudulmuş şəkildə deyil, otaq temperaturunda yeyilməsi məsləhət görülür. Belə olan halda meyvənin tərkibindəki qida maddələrinin mənimsənilməsi daha effektiv olur və həzm sistemi dəstəklənir. Soyuq qarpız isə mədə üçün gərginlik yarada bilər.

Qarpızın toxumları da bir başqa fayda mənbəyidir. Əksər hallarda atılan bu toxumlar əslində maqnezium, kalium və zülal baxımından son dərəcə zəngindir. Qurudulub üyüdüldükdən sonra qatıqla birlikdə istehlak edilməsi əzələlərin bərpasını sürətləndirir və gün ərzində enerji verir.