Səhər yeməyində "bəhbəh"lə yeyilən bu tərəvəz acqarına zərərli imiş


Digərləri 04 Haz 2025 06:06:00 112 0

Səhər yeməyində "bəhbəh"lə yeyilən bu tərəvəz acqarına zərərli imiş

İllərdir sağlam qida kimi tanınan və xüsusilə səhər yeməyində bol istifadə edilən çiy pomidorun əslində acqarına yeyildikdə bəzi insanlar üçün təhlükəli olduğu üzə çıxıb.

Son.az bildirir ki, mütəxəssislərin fikrincə çiy pomidor mədə turşusunu artıraraq reflü və qastrit kimi problemlərə səbəb ola bilər. Ac qarına yeyildikdə pomidorun mədə yanması və köp kimi narahatlıqlar yaratmaq ehtimalı var. Pomidorun tərkibində olan "solanin" adlı maddə - xüsusilə yaşıl, tam yetişməmiş pomidorlarda - baş ağrısı, ürəkbulanma və əzələ ağrılarına yol aça bilər.

Bəzi insanlarda isə çiy pomidor allergik reaksiyalar törədə bilər: qaşınma, səpki, dodaqlarda şişkinlik və nəfəs darlığı kimi əlamətlər müşahidə oluna bilər. Bundan əlavə, pomidorun antioksidant maddəsi olan likopenin çiy halda orqanizm tərəfindən yaxşı mənimsənilmədiyi, hətta həssas immun sisteminə mənfi təsir edə biləcəyi də vurğulanır.