İƏTə üzv ölkələr arasında yol və dəmiryol dəhlizlərinin inkişaf etdirilməsi araşdırılıb
Digərləri 01 Haz 2025 16:28:00 79 0
Bu gün (1 iyun) Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri nümayəndələrinin iştirakı ilə üzv ölkələr arasında yol və dəmiryol dəhlizlərinin inkişaf etdirilməsi araşdırılıb.
Bu haberi de oku: Kəlbəcərdə minaya düşən traktorçunun SON DURUMU
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün İƏT-ə üzv ölkələrin ekspertlərinin 13-cü iclası keçirilib. İclasda sərhəd məntəqələrində keçidlərin sadələşdirilməsi, dəniz və hava nəqliyyatı sahələrində gələcək proqramlar, nəqliyyat və yükdaşıma sənədlərinin elektron qaydada mübadilə edilməsi üçün rəqəmsallaşma, davamlı, yaşıl, təhlükəsiz, yükdaşımanın inkişaf etdirilməsi, mövcud dəhlizlərin ticarət xarakterli olması və sairə məsələlər araşdırılıb.
Nazirlik rəsmisi deyib ki, 1 və 2 iyunda Tehranda İƏT-ə üzv ölkələrin yol və nəqliyyat nazirlərinin 13-cü iclası keçiriləcək.