Qonşu ölkədə DƏHŞƏT: 3 azərbaycanlı öldü
Digərləri 31 May 2025 11:41:00 94 0
Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.
Bu haberi de oku: Bu sualda səhvlik olub Abituriyentlərin xeyrinə hesablanacaq
Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib.
"LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.
Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.
Qəzada ölən digər azərbaycanlı isə Ağstafa rayonunun Muğannı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.
Onların cənazələri dünən gecə saatlarında Azərbaycana gətirilərək ailələrinə təhvil verilib.