Yatmazdan əvvəl ayaqlarınıza bunu vurun Uşaq kimi yuxuya gedəcəksiniz
Digərləri 08 May 2025 23:00:00 69 0
Stres, iş təzyiqi və günümüzün sürətli ritmi bir çox insanda yuxu problemlərinə səbəb olur. Mütəxəssislər isə bildirirlər ki, keyfiyyətli və kəsintisiz yuxu yalnız zehni deyil, fiziki sağlamlıq üçün də vacibdir. İndi isə sosial şəbəkələrdə və təbii sağlamlıq icmalarında sürətlə yayılan yeni bir üsul diqqət çəkir.
Bu haberi de oku: Bakı sakinlərinin unudub hələ də gördüyü taksofonlar: "Əvvəl qızlarla belə danışırdıq"
Son.az xəbər verir ki, yatağa girməzdən əvvəl ayaqlara efir yağlarından hazırlanan sprey tətbiq etmək bədəni sakitləşdirir, sinir sistemini rahatlaşdırır və dərin yuxuya getməyi asanlaşdırır. İddialara əsasən, səhər oyanan zaman insanlar özlərini "yenidən doğulmuş" kimi hiss edirlər.
Spreyin tərkibi belədir:
10 damcı lavanda efir yağı 10 damcı çobanyastığı efir yağı
Qeyd edək ki, çoxlarının istifadə etdiyi alman çobanyastığı daha çox iltihabəleyhinə, Roma çobanyastığı isə sakitləşdirici təsirə malikdir.
100 qram maqnezium yağı
Maqnezium yağı əslində texniki baxımdan yağ deyil, lakin bədən üçün çox vacib mineraldır.