Azərbaycan və Türkiyə hərbi dənizçilik sahəsində razılığa gəldi


Digərləri 08 May 2025 19:57:00 63 0

Azərbaycan və Türkiyə hərbi dənizçilik sahəsində razılığa gəldi

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Bu ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.