Məktəbdə VƏHŞİLİK 7 nəfər yığışıb 15 yaşlı qızı döydü
Digərləri 08 May 2025 14:30:00 90 0
Türkiyənin Sivas şəhərində məktəbdə baş verən dəhşətli zorakılıq hadisəsi cəmiyyətdə geniş rezonans doğurub.
Bu haberi de oku: Sabah 30 dərəcə isti olacaq
Son.az yerli mediaya istinadən xəbər verir ki, 15 yaşlı Elif T.Ç. adlı 9-cu sinif şagirdi, təhsil aldığı liseydə 7 həmyaşıdı tərəfindən sinif otağında döyülüb.
Məlumata görə, Elif T.Ç.-yə qarşı zorakılıq tətbiq edən şagirdlərdən 3-ü bu dəhşətli anları mobil telefonla çəkərək sosial şəbəkələrdə yayıb. Kadrlarda Elifin yerə yıxılaraq sürükləndiyi, başından tutularaq üzünə sillə vurulduğu və dəfələrlə təpikləndiyi aydın görünür.
Hadisədən sonra Elif evə gedərək olanları ailəsinə danışıb. Valideynləri isə zorakılıq edən şagirdlər barədə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bildirilir ki, Elif T.Ç. uzun müddətdir həmin şagirdlərin zorakılığına məruz qalırmış.