Məktəblərlə bağlı
Digərləri 08 May 2025 18:47:00 89 0
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər.
Bu haberi de oku: Türkiyəli nazir Azərbaycana təşəkkür etdi
Son.az xəbər verir ki, bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında danıșarkən bildirib.
O qeyd edib ki, xüsusi pedaqoqların fəaliyyəti həmin uşaqların təlim prosesinə uyğunlaşdırılması üçün nəzərdə tutulur:
"Fənn müəllimlərinin də bu istiqamətdə bacarıqları olmalıdır. 5 ildir ki, fənn məllimlərinə sağlamlıq məhdudiyyəti olan uşaqlarla işin təşkili öyrədilir", - o qeyd edib.
O bildirib ki, 2024-cü ildən xüsusi təhsilə cəlb olunmuş uşaqlar üçün fərdi tədris planının qurulması tələbi qoyulub. Son.az