Azərbaycanda bu şəxslər hərbi xidmətə aparılmır
Digərləri 08 May 2025 20:02:00 74 0
"Azərbaycanda bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Bu istisnalar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 22-ci maddəsində öz əksini tapıb".
Bu haberi de oku: Sabah 30 dərəcə isti olacaq
Bu fikirləri konkret.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə deyib.
"Qanuna əsasən hazırda cəza çəkən şəxslər - ictimai, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası alanlar müddətli hərbi xidmətə çağırılmırlar. Həmçinin barəsində cinayət işi aparılan və ya məhkəmə baxışında olan şəxslər də hərbi xidmətə müvəqqəti cəlb olunmur. Daha əvvəl qəsdən cinayət törədərək azadlıqdan məhrum edilmiş və məhkumluğu hələ də qüvvədə olan şəxslər də hərbi xidmətə çağırılmayanlar sırasındadır. Ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası alanlar isə ümumiyyətlə xidmətə cəlb edilmir", - o bildirib.