Bakının 5 qəsəbəsinin sakinlərinə şad xəbər: Müasir avtobuslar işləyəcək
Digərləri 30 Nis 2025 18:07:00 60 0
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.
Bu haberi de oku: May ayında həyatı kökündən dəyişəcək 3 BÜRC Şans qapılarını döyəcək
Bu barədə Son.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.
Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri aşağıdakılardır:
- 91 nömrəli marşrut: Binəqədi qəsəbəsi ("Bakı Poladtökmə" ASC) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi);
- 105 nömrəli marşrut: Balaxanı qəsəbəsi - C.Naxçıvanski küçəsi ("8-ci kilometr" bazarı);
- 147 nömrəli marşrut: Məmmədli qəsəbəsi - "Azadlıq prospekti" metrostansiyası;
- 158 nömrəli marşrut: Xocəsən qəsəbəsi - "Memar Əcəmi" metrostansiyası;
- 216 nömrəli marşrut: Balaxanı qəsəbəsi - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi.
Qeyd edək ki, sözügedən marşrutlar üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək. Son.az