Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var
Digərləri 01 May 2025 00:53:00 69 0
Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb.
Bu haberi de oku: Azərbaycanda 5 uşağı və 5 nəvəsi olan qadın evdən QAÇDI
Son.az "Report"a istinadən xəbər verir ki, hadisə Çiçəkli kəndində qeydə alınıb.
Belə ki, "Priora" markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara çıxıb. Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı rayonun Cəngan kənd sakinləri: 1998-ci il təvəllüdlü Raqif Telman oğlu Məmmədov və qardaşı, 2000-ci il təvəllüdlü Elşad Telman oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır. Son.az