Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin
Digərləri 01 May 2025 03:03:00 59 0
Quru şampundan istifadə saç yumağın yerini vermir - səbəbləri bunlardır
Bu haberi de oku: 2025ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili
Müasir və sürətli həyat tərzində quru şampun bir çox insan üçün "xilasedici" vasitəyə çevrilib - bir neçə püskürtmə ilə saçlar daha təmiz və həcimli görünür. Lakin quru şampunu saç yumağın alternativi kimi istifadə etmək ciddi saç və baş dərisi problemlərinə səbəb ola bilər.
Son.az xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.
Quru şampun təhlükəlidirmi?
Trixoloq Sara Hallaçyan izah edir ki, quru şampunun tərkibi özü-özlüyündə zərərli deyil, amma tez-tez istifadə olunduqda baş dərisində qalıq yığılması, qıcıqlanma və digər problemlərə yol aça bilər.
Quru şampun yalnız müvəqqəti həll kimi istifadə edilməlidir. Onun məqsədi saçdakı yağları udmaq, köklərə həcm vermək və saç düzümünü saxlamaqdır. Lakin davamlı istifadə baş dərisinin sağlamlığına zərər vura bilər.
Tərkibində nələr var?
Quru şampunların tərkibində tez-tez aşağıdakı maddələr olur:
Denatürləşdirilmiş spirt (etil spirti və əlavə maddələr qarışığı) - saç və baş dərisinin nəmini azaldır
Butan, izobutan və propan - məhsulun 70-90%-ni təşkil edir, tənəffüs üçün də təhlükəli ola bilər
Quru şampundan çox istifadə edəndə nə baş verir?
Baş dərisində məhsul yığılır və saç follikullarını tıxayır
Bu isə saçların çıxmasını zəiflədir, tökülməyə, qırılmalara və quruluğa səbəb ola bilər
Saç tipindən asılı olaraq, bəzi insanlarda yağlanma tez baş verir və tez-tez quru şampun istifadə olunur - bu isə problemi daha da artırır
İncə telli saçlarda yağ daha tez görünür, çünki yağ dəridə qalır. Qıvrım saçlar isə daha az yağlanır, çünki qurudur və yağı udur.
Əgər sizdə seboreya, kəpək və ya həddindən artıq quruluq kimi dəridə problemlər varsa, quru şampundan uzaq durmaq tövsiyə olunur - vəziyyəti daha da pisləşdirə bilər.
Quru şampunu gecə istifadə etmək olar?
Mütəxəssislər bildirir ki, quru şampunu yatmazdan əvvəl istifadə etmək məsləhət deyil. Çünki məhsul baş dərisində uzun müddət qalaraq:
Folikulları tıxaya,
Qıcıqlanmaya,
Sızanaqlara,
Pis qoxuya səbəb ola bilər.
Saç yuyulmadıqda və məhsul başdan çıxarılmadıqda, tər, yağ və tozla qarışaraq saç böyüməsinə mane ola bilər.
Quru şampundan necə düzgün istifadə etməli?
Saçları darayın - bu, təbii yağların bərabər yayılmasına kömək edir
Yalnız saç köklərinə püskürtün - qabı başınızdan 15-20 sm aralı tutun
3-5 dəqiqə gözləyin - yağın udulması üçün vaxt verin
Barmaqlarınızla və ya dəsmalla masaj edin
Artıq məhsulu darayın və ya fenlə (soyuq rejimdə) təmizləyin
Qısaca desək, quru şampun gündəlik vərdişə çevrilməməli, yalnız təxirəsalınmaz hallarda istifadə edilməlidir. Daimi təmizləmə və baş dərisinə qulluq isə sağlam və güclü saçların əsas şərtidir.
Kənan Son.az