Şarj dövrü tarixə qovuşur 50 il işləyə bilən batareyalar satılacaq
Digərləri 30 Nis 2025 23:35:00 73 0
Çində yerləşən texnologiya startapı "Betavolt" enerji sahəsində inqilabi yeniliklə çıxış edib.
Bu haberi de oku: Sabah bu ərazilərdə qaz olmayacaq
Son.az xəbər verir ki, şirkət 50 il ərzində şarj və texniki xidmət olmadan işləyə bilən atom enerjili batareyanın kütləvi istehsalına başladığını açıqlayıb.
Bu texnologiya gələcəkdə mobil telefonlardan kosmik qurğulara qədər bir çox sahədə tətbiq edilə bilər.
Hazırda "BV100" modeli adı ilə təqdim olunan batareya cəmi 15x15x15 mm ölçüsündədir. Bu kiçik akkumulyator 100 mikrovat güc və 3 volt gərginlik təmin edir. Enerji mənbəyi isə nikel-63 izotopunun radioaktiv parçalanmasıdır. Batareyada yerləşdirilən kristal yarımkeçirici materiallar vasitəsilə 3300 meqavat-saat enerji saxlana bilir - bu da litium batareyalardan 10 qat daha çox enerji sıxlığı deməkdir.